Gəncədə Qafqaz İslam Ordusuna abidə ucaldılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.
“1918-ci il iyunun 11-də Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün səfirliyimizin himayəsi ilə Şah Abbas məscidinin qarşısında Şəhidlər abidəsi ucaldılıb.
Gəncə baş konsulumuzla açılış öncəsi yoxlama apardıq”, - səfir sosial şəbəkə hesabında yazıb.