Bu gün doğma vətən Azərbaycan ən şanlı tarixini yaşayır. Bu gün vətənimiz məhz ordumuz sayəsində azaddır, bütövdür və müstəqildir. 2020-ci ilin sentyabrında bütün Azərbaycan xalqının tək bir arzusu var idi o ad vətən idi. Hər kəs bu hisslərlə yaşadı. 30 ilə yaxın bir müddətdə işğalda olan torpaqlarımızın azadlığı uğrunda bir yumruq tək birləşdi. Vətən müharibəsində uğur qazanmağımızda Azərbaycanın əsgər və zabitlərinin peşəkarlığı, cəsurluğu, vətənpərvərliyi, inamı və qələbə əzmi hədsiz çox önəmli idi. Dövlərin qüdrəti onun ordusunun qüdrəti ilə ölçülür. Güclü ordu müstəqin dövlətçilik, sabitlik və inkişaf deməkdir. Şanlı qələbəmiz bugün nəinki ölkəmizdə hətta dünyanın ən aparıcı ölkələrinin ali hərbi məktəblərində dərindən öyrədilir. Azərbaycanın Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin qətiyyətli siyasəti, dərin diplomatik işləri ilə 44 günlük vətən müharibəsində qazanılan bu möhtəşəm zəfər Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Bu səhifənin yazılmasını şərtləndirən əsas amil bizim Ulu Öndərimiz tərəfindən qoyulan milli birliyimizdir, milli həmrəyliyimizdir.
Azərbaycan xalqının məşhur bir məsəli var: ordum varsa, yurdum var! Biz bu deyimin nə qədər real olduğunu öz tarixi təcrübəmizdə görmüşük. Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqillik yolunu tutdu. Lakin ölkəmizi daim əsarət altında saxlamaq istəyənlər, onun milli sərvətlərindən bəhrələnmək arzusunda olanlar Azərbaycanın müstəqilliyi ilə barışmaq istəmirdilər. Buna görə hələ ötən əsrin 80-ci illərinin sonlarında tarixdə “sınaqdan çıxmış” köhnə metoda əl atıldı – ermənilərin hər zaman alət millət olması nəzərə alınaraq süni şəkildə “Qarabağ problemi” yaradıldı, ərazilərimizin ələ keçirilməsi üçün məkrli planlar işə salındı. Lakin Azərbaycan oğulları, Azərbaycan əsgəri öz qüdrətini, öz cəsarətini, öz qəhrəmanlığını sübut etdi. 44 günlük döyüşlər təkcə ordumuzun gücünü, qüdrətini deyil, Azərbaycan əsgərinin başqa millətlərə nümunə olacaq qədər əzmini, mətinliyini, döyüşkənlik ruhunu göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verdi. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəldi.
Bu gün Silahlı Qüvvələrimizin hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridi. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur.
Bu gün Azərbaycan Cənubi Qafqazda ən müasir və ən güclü orduya malik ölkədir. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. İşğal edilmiş ərazilərimizi 44 gün ərzində azad etmək gücündə olan ordumuzun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq etiraf olunmaqdadır.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon
Təşkilatı Aparatının məsul əməkdaşı Məmləkət Qaraçobanova