İranda 5,6 bal gücündə zəlzələ olub.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Dərinliyi 22 kilometr olan yeraltı təkanlar Hörmüzqan əyalətinin Çərək limanı və Kiş adası yaxınlığında qeydə alınıb.
Zəlzələ nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.
Kiş adası xəstəxanasının baş həkimi Mostafa Nadealinejad bildirib ki, yaralılardan 4-ü yıxılaraq xəsarət alıb, üçüncü mərtəbədən yıxılan bir nəfərin beyin silkələnməsi var.