Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Region Gənclərinin Narkomaniya ilə Mübarizə Forumu keçirilib

Region Gənclərinin Narkomaniya ilə Mübarizə Forumu keçirilib


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Yeni Azərbaycan Partiyası Astara Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş “Region Gənclərinin Narkomaniya ilə mübarizə Forumu” keçirilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, Astara rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə 250-dən çox gənc iştiak edib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzlu forumda çıxış edərək Narkomaniya ilə mübarizənin ailə və məktəbdən başlanmalı olduğunu qeyd edib, aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyini vurğulayıb.

Həmçinin, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Gömrük Komitəsi, o cümlədən Tibbi Xidmət İdarəsi tərəfindən görülən işlər barədə məlumat verilib. Forumun narkomaniya ilə mübarizəyə töhfə verəcəyi, aidiyyəti qurumlararası əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaradacağı və maraqlı müzakirələr üçün faydalı platforma olacağı qeyd edilib.

Tədbirin rəsmi açılış hissəsində, eyni zamanda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi- Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov və Astara Rayon İcra Hakimiyyəti Başçısının müavini Firəngiz Sadıxova çıxış ediblər.

Forumun elmi hissəsi Tibbi Xidmət İdarəsinin Elmi- Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun moderatorluğu ilə keçirilib. Elmi hissədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Yeni sintetik narkotiklər və psixoaktiv maddələr-narkomaniya nədir?”, Lənkəran Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov “Təhsil sisteminin narkomaniya ilə mübarizədə rolu: haradayıq və nə etməliyik?”, Cənub Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşı Samir Mustafayev “Narkomaniya ilə sərhəddən başlayan mübarizə”, Astara Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Amil Seyfullayev “Narkomaniya: Cinayət və cəza prosesin hansı mərhələsindədir?” və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Narkomaniya ilə mübarizədə könüllülüyün və ictimai fəaliyyətin rolu” mövzularında çıxış ediblər.

Forumun sonunda auditoriyanı maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sevinc
Xəbəri paylaş