“Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi və Xəzər dənizindən keçməklə Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında nəqliyyat bağlantısı kimi addımlarla əlaqələrimizi daha da sıx birləşdirməliyik. Bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzi kimi yüksəlməsinə yol açacaq, onları bir-birinə daha da yaxınlaşdıracaq”.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop TürkPA-ya üzv ölkələr arasında əlaqələrdən danışarkən deyib.
TBMM sədri qeyd edib ki, TürkPA-ya üzv ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb edir.
“Ticarət, iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, turizm, müdafiə sənayesi və bir çox başqa sahələrdə bütövlükdə daha çox inkişaf etdirilməsi üçün hələ çox uzun yol var. Türk dövlətləri olaraq güclü varlığımızla beynəlxalq sistemi ikili standartlardan uzaq, ədalətə əsaslanan quruluşa gəlməyə çalışmalıyıq”, - M.Şentop vurğulayıb.
O, qeyd edib ki, türkdilli ölkələrin bir çox sahədə potensialının indiki səviyyədən qat-qat üstündür.
Türkiyə Böyük Millət Məclisinin sədri TürkPA üzvü olan ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Anar TAĞIYEV