Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində həlak olan şəxs azərbaycanlıdır.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.
“Hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət etsin”, - o bildirib.