Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu" rəhbərliyi Şəmkirdə vətəndaşları qəbul edəcək

"Azərsu" rəhbərliyi Şəmkirdə vətəndaşları qəbul edəcək


İyulun 14-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-ın “Azərsu”ya istinadən verdiyi məlumata görə, qəbul saat 10:00-dan başlayaraq Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Şəmkir və Gədəbəy Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”yun müraciət edə bilərlər.
Xəbəri paylaş