Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən Field's ticarət mərkəzində baş verən atışmada bir neçə nəfər ölüb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin rəhbəri Soren Tomassen bildirib.
Danimarka Radiosunun məlumatına görə, azı 3 nəfər yaralanıb: “Bir neçə yaralı və bir neçə ölü var”- polis rəisi əlavə edib.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 22 yaşlı danimarkalıdır. Polis cinayətin terror xarakteri daşıdığını istisna etmir.