“Rəsmi Tehran və Bakı arasında münasibətlər anlaşılmazlıqdan sıx əməkdaşlığa keçid edir”.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, “Mehr”ə bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflər bir sıra məsələləri, o cümlədən İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə ediblər.