Saatlı rayonunda kütləvi zəhərlənmə olub.
TƏBİB-dən Newscenter.az-a bildirilib ki, Saatlı rayonun Nəsimikənd kəndindən dəqiqləşdirilməmiş kimyəvi zəhərlənmə diaqnozu 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
"Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar", - qurumdan qeyd edilib.