Rusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar.
Newscenter.az-ın məlumatına görə, bu barədə “Report” “TASS”a istinadən xəbər veirr.
Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib. Qeyd olunub ki, son illərdə Xəzərdə kütüm ehtiyatlarının azalması müşahidə olunur.
Belə ki, 2017-ci ildə 52 tondan çox ov edilibsə, 2021-ci ildə bu rəqəm 18,5 ton təşkil edib. Bu günə qədər kütüm ehtiyatı 211 min ton təşkil edir.