Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndlərini sel suları altında qalıb.
Newscenter.az xəbər verir ki, “Report”un Şimal-qərb bürosunun məlumatına görə, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.
Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.
Əraziyə aidiyyatı qrumların əməkdaşları cəlb olunub.