Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

6 ayda ölkədə 16,5 milyon ton neft hasil edilib

6 ayda ölkədə 16,5 milyon ton neft hasil edilib


2022-ci ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 16,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Energetika Nazirliyi yayıb. Bildirilib ki, respublika üzrə neft hasilatının 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.

Hesabat dövründə 13,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,6 milyon tona yaxın konsorsiumun, 780 min tonu isə SOCAR-ın payına düşür.

Sevinc
Xəbəri paylaş