Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya şurasının növbəti toplantısı keçirilib. Növbəlilik əsasında bu dəfə toplantıya Rusiyadan olan nümayəndə Elşən İbrahimov moderatorluq edib.
Newscenter.az-a QAT mətbuat xidmətindən bildirilib ki, toplantının gündəliyində bir neşə məsələ qoyulmuşdur. Əsas məsələlər - Qarabağda son durum, Rusiya-Ukrayna qarşıdurması və təhlükələrin artması, Özbəkistanda Qaraqalpaq problemi üzrə Akif Nağı, Hikmət Cavad və Elşən İbrahimov məruzələr etmişlər. Toplantı iştirakçıları Zəngəzur dəhlizi və Laçın dəhlizi, Rusiya-Ukrayna müharibəsi, Özbəkistanın Qaraqalpaq Muxtar Rüspublikasında baş verən təbəddülatlar barədə müzakirə aparıb, fikir və mülahizələrini bölüşüblər. Xüsusilə, Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə gedən proseslər, məsələn, rus əsgərlərinin iştirakı ilə bərpa işlərinin gücləndirilməsi, yeni hərbi obyektlərin tikintisi, Ermənistanla Azərbaycan sərhədi boyunca hərbi obyektlərin tikintisinin genişləndirilməsi ciddi narahatlıq doğurub. “Ermənilərin yaşadığı Xankəndidə və digər məskənlərdə nə üçün Azərbaycan polisinin bölmələri yoxdur?” sualının hələ də müsbət cavabının olmaması regionun gələcəyi üçün təhlükəli gedişat kimi qiymətləndirilib.
Müzakirələrdə Kamran Rüstəmov, Nizami Əliyev, Hikmət Cavad, Elşən İbrahimov, Gursoy Solmaz, Akif Nağı və Novruz Novruzov iştirak ediblər.
Toplantıda cari məsələlər də gündəmə gətirilib və gələcək tədbirlər planı barədə mülahizələr söylənilib.
Mehman