Şabran rayonunda naməlum kişi meyiti tapılıb.
Newscenter.az məlumat verir ki, "Report"un Şimal bürosunun xəbərinə görə, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlarında olan kişinin meyiti Taxtakörpü su anbarı ərazisində aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.
Hadisənin təfərrüatı araşdırılır.