Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sosial şəbəkə üzərindən təhqir hallarına qarşı hansı tədbirlər mümkündür?

Sosial şəbəkə üzərindən təhqir hallarına qarşı hansı tədbirlər mümkündür?


Bu gün sosial şəbəkə istifadəçilərin əksəriyyəti digər izləyicilər tərəfindən təhqir olunmalarından şikayətçidirlər. Çünki bir çox hallarda istənilən sosial şəbəkədə rahat şəkildə digər şəxsləri təhqir edənlər cəzasız qalır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimovun sözlərinə görə, əgər bir postun altında və ya yayımladığınız bir paylaşımda sizi təhqir edib, şərəf və ləyaqətinizi təhqir edirlərsə sizin məhkəməyə və prokurorluğa şikayət etmək hüququnuz var:

"Bir şəxs digəri tərəfindən istər sosial şəbəkələrdə, istərsə də digər vəziyyətlərdə şərəf və ləyaqəti ləkələnirsə o, bunula bağlı mülkü və ya cinayət məcəlləsinə uyğun olan qaydada məhkəməyə müraciət edə bilər. Yox əgər bu təhqir edən şəxs anonim profillə bunu edirsə, o zaman təhqir olunan şəxs birbaşa prokurorluğa şikayət edə bilər. Prokurorluq xüsusi və texnoloji informasiyaları incələdikdən sonra araşdırma nəticəsində bu insanın kimliyini üzə çıxarsa və onun həqiqətəndə gizli ad altında kimisə təhqir etdiyini sübut etsə həmin şəxs xüsusi maddə ilə cinayət məcəlləsinə görə məsuliyyətə cəlb olunur. Ona görə hər bir insan öncə yazdığı hər bir kəlməsinin məsuliyyətini dərk edib sonra hərəkət etməlidir".

Mehman
Xəbəri paylaş