Türkiyədə Qara dəniz sahilindən Malatya şəhərinə qayıdan və turistləri daşıyan mikroavtobus uçuruma düşüb. Nəticədə 18 nəfər xəsarət alıb.
Newscenter.az-ın məlumatına görə, "Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Tunceli-Ərzincan yolunun 44-cü kilometrliyində baş verib. Sürücü idarəetməni itirib və avtobus yoldan çıxıb.
Hadisə yerinə çox sayda həkim, xilasedicilər, yanğınsöndürənlər və jandarma briqadaları göndərilib. Yaralılar Tunceli Dövlət Xəstəxanasına çatdırılıb, onlara tibbi yardım göstərilib.