Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənd Bəyannaməsi Türk Birliyinin simvoludur-VAQİF ABDULLAYEV

Daşkənd Bəyannaməsi Türk Birliyinin simvoludur-VAQİF ABDULLAYEV


Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan hökumət qurumları arasında keçirilən Üçtərəfli görüşünün yekununda imzalanmış Daşkənd Bəyannaməsi Türk dövlətlərinin birliyinin möhkəmlənməsi yönündə ən möhtəşəm siyasi hadisə hesab edilə bilər. Ortaq tarixə, birgə mədəniyyətə və dəyərlərə malik olan Azərbaycan, Türkiyə və Özbəkistanın möhkəm ikitərəfli əlaqələri və strateji tərəfdaşlığı yeni platformada inkişaf etdirmək niyyətləri dönməz siyasi həmrəyliyin nümunəsidir. Bu siyasi qərar, eyni zamanda, ötən ilin noyabr ayında yaradılmış Türk Dövlətləri Təşkilatının müəyyən etdiyi Strateji Yol Xəritəsinin hədəf prinsiplərinə uyğun olmaqla, Türk birliyinin möhkəmlənməsinə xidmət edir.

Daşkənd Bəyannaməsi Türk dünyasının tarixi zəfəri, onun birlik və inkişafını təmin edən həmrəyliyin rəmzidir. Azərbaycan dövlətinin post-müharibə dövründə yaratdığı yeni siyasi reallıqların və ictimai-geosiyasi düzənin təzahürüdür.

Daşkənd Bəyannaməsini 2021-ci il iyun ayının 15-də Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan və Cənab Prezident İlham Əliyev tərəfindən möhür vurulmuş Şuşa Bəyannaməsindən irəli gələn Türk Sazişi kimi də dəyərləndirmək mümkündür. Bəyannamə həm də o mesayı anladır ki, Türkiyə ilə bərabər Özbəkistan da azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın yanındadır.

Bəyannaməyə əsasən, Özbəkistan azad edilmiş ərazilərdə reabilitasiya, yenidənqurma və reinteqrasiya proseslərində fəal yer alacaq. Orta Asiya bölgəsinin trans-nəqliyyat qovşaqlarında strateji yeri olan Özbəkistanın Şərqi Zəngəzurla Naxçıvanı bir-birinə bağlayan Zəngəzur dəhlizində yer alması isə Türk dövlətlərinin bölgədə beynəlxalq nəqliyyat zəncirində hakim mövqeyini daha da möhkəmləndirəcəkdir.

Həmçinin, Türkiyədən sonra, digər bir türk dövlətinin- Özbəkistanın Qarabağın siyasi-iqtisadi həyatına birbaşa daxil olması və bu ərazilıərdə sülh quruculuğu platformasının möhkənməsinə qoşulması olduqca geostrateji əhəmiyyət kəsb edir, bu ölkənin hüquqi statusunu rəsmiləşdirir.

Beləliklə, Özbəkistanın Qarabağ və Şərqi-Zəngəzurda 2 ilə yaxındır ki, əzm və fədakarlıqla bərpa-yenidənqurma işlərii aparan Türkiyə ilə çiyin-çiyinə yer almaq niyyəti azad edilmiş ərazilərdə Türk tarix və mədəniyyətinin güclənməsinə töhfə verəcək. Türk dövlətlərinin “Mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinin türk incəsənət və mədəniyyətini qovuşdurmasında körpü olacaq.

Sonda bütün Türk dünyasını olduqca böyük siyasi iradənin nümunəsi sayılan Daşkənd Bəyannaməsinin imzalanması münasibətilə təbrik edirəm.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş