İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa işləri zamanı aşkarlanan meyit qalıqlarının sayı açıqlanıb.
Newscenter.az bildirir ki, “Report”un xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Ağayev məlumat verib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri zamanı 18 müxtəlif yerdə ən azı 29 şəxsə aid meyit qalıqları aşkar edilib.