
Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarı Azərbaycanda zaman-zaman süni şəkildə gərginlik yaratmaq istəyən, ölkədə ictimai-siyasi sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələr və onların daxildəki havadarları üçün sanki fürsət pəncərəsi açıb. Qərarın məzmununa və mahiyyətinə varmadan onu cəmiyyətə yanlış təqdim edən, insanlar arasında gərginlik və etiraz yaratmağa çalışan həmin dairələr belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanda hicaba qadağa tətbiq olunub və heç kim ölkədə hicab, baş örtüyü taxa bilməz. Mövcud reallıq isə tamamilə fərqlidir. Reallıq ondan ibarətdir ki, insanlar küçə və meydanlarda, eləcə də digər məkanlarda sərbəst şəkildə hicabla gəzə bilirlər və onlara qarşı heç bir məhdudiyyət yoxdur. Hicab, baş örtüyü və digər bu kimi geyim formalarından istifadəyə yalnız təhsil müəssisələrində icazə verilmir ki, bu qərarı əsaslandırmaq üçün də kifayət qədər əsaslar var. Hər şeydən əvvəl, onu nəzərə almaq lazımdır ki, bu qərar təhsil müəssisələrində sosial bərabərlik mühitinin qorunmasına xidmət edir.
Bu, danılmaz faktdır ki, təhsil müəssisələrində təhsil alanların heç də hamısı eyni maddi və sosial imkanlara malik deyil. Bəzi valideynlər övladları üçün bahalı, dəbli geyimlər almaq imkanına malik olduqları halda, başqaları üçün bunu etmək ciddi maliyyə yükünə çevrilir. Nəticədə məktəblilər arasında yaranan geyim fərqi onlar arasında ayrı-seçkilik hallarına səbəb olur. Lakin məktəblilərin vahid geyimdən istifadə etməsi bu fərqlərin məktəb mühitində aradan qaldırılmasına xidmət edir. Digər tərəfdən, məktəb qaydalarına əməl etmək uşaqlarda məsuliyyət, özünənəzarət və kollektiv tələblərə uyğunlaşma bacarıqlarının formalaşdırılmasına kömək edir. Geyim qaydaları da bu ümumi intizam mədəniyyətinin bir hissəsi ola bilər.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, valideyn uşağı məktəbə dəbli geyimlərini, bahalı, brend markalı paltarlarını nümayiş etdirməyə deyil, təhsil almağa göndərir. Lakin bir çox hallarda bu iki fərqli davranış ümumi təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Məktəblini təhsil müəssisəsində hər hansı bir fənnin dərinlikləri və ya riyazi hesablamaların incəlikləri deyil, sinif və ya parta yoldaşının geyiminin qiyməti, onun hansı brendə aid olması daha çox düşündürür. Bu tendensiya isə məktəblinin diqqətini öyrənmə prosesindən yayındıra bilər. Vahid geyim forması qeyd etdiyimiz arzuolunmaz halların aradan qaldırılmasına, ən əsası isə diqqətin dərsə, biliyə, yaradıcılığa və şəxsi inkişafa yönəldilməsinə xidmət edər.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin sözügedən qərarı, əsas etibarilə, təhsilverənlərin (müəllimlərin) geyim qaydalarını tənzimləyir. Qərar müəllimlərin tədris prosesi zamanı müəyyən edilmiş geyim tələblərinə riayət etməsini nəzərdə tutur ki, bu da həm müəllimlər arasında ayrı-seçkilik hallarının aradan qaldırılmasına, həm müəllim nüfuzunun və adının özünə qaytarılmasına, həm də, ən əsası, şagirdlərin müəllimlərə daha çox hörmətlə yanaşmasına xidmət edən başlıca amillərdəndir. Nə qədər acı olsa da, etiraf etmək lazımdır ki, bəzən müəllimin təhsil müəssisəsinə gələrkən geyimi təhsil mühitinə heç də uyğun olmur. Nəticə etibarilə, şagirdin diqqəti həmin müəllimin tədris etdiyi fəndən daha çox onun geyiminə yönəlir. Bu da öz növbəsində təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, müəllimlər üçün də vahid geyim tələblərinin tətbiqi onların peşəsinə və pedaqoji fəaliyyətinə hörmətin ifadəsidir. Müəllimin zahiri görünüşü onun bilik və bacarıqlarını dəyişdirməsə də, öyrənmə mühitinin formalaşdırılmasına kömək edə bilər. Burada əsas məqsəd heç də bütün müəllimlərin eyni modeldə, eyni rəngdə geyinməsi deyil. Əsas məqsəd müəllimlərin geyimlərinin təhsil mühitinə uyğunluğunu, rahatlığını və səliqəli, işgüzar görünüşünü təmin etməkdir.
Bir sözlə, istər şagirdlərin, istərsə də müəllimlərin geyimi kifayət qədər rahat olmalı və məktəb mühitinə ziddiyyət təşkil etməməlidir. Müəllimin sadə, səliqəli və işgüzar üslubda geyinməsi şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını alar, dərsin idarə olunmasına maneə yaratmaz. Bütün bunlarla yanaşı, bir gerçəkliyi də qeyd etmək lazımdır ki, Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir vətəndaşımızın, istisnasız olaraq, qanunlara hörmətlə yanaşmaq və onlara əməl etmək borcudur.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
XXX
Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarı Azərbaycanda zaman-zaman süni şəkildə gərginlik yaratmaq istəyən, ölkədə ictimai-siyasi sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələr və onların daxildəki havadarları üçün sanki fürsət pəncərəsi açıb. Qərarın məzmunu, mahiyyətinə varmadan onu cəmiyyətə yalnış təqdim edən, insanlar arasında gərginlik, etiraz yaratmağa çalışan həmin dairələr belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanda hicaba qadağa tətbiq olunub və heç kim ölkədə hicab, baş örtüyü taxa bilməz. Mövcud reallıq isə tamamilə fərqlidir. Reallıq ondan ibarətdir ki, insanlar azad şəkildə küçə və meydanlarda, digər məkanlarda sərbəst şəkildə hicabla gəzə bilirlər və onlara qarşı heç bir məhdudiyyət yoxdur. Hicab, baş örtüyü və digər bu kimi geyim formalarından istifadəyə yalnız təhsil müəssisələrində icazə verilmir ki, bu qərarı da əsaslandırmaq üçün kifayət qədər əsaslar var. Hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, bu qərar, təhsil müəssisələrində sosial bərabərlik mühitinin qorunmasına xidmət edir.
Bu bir danılmaz faktdır ki, təhsil müəssisələrində təhsil alanların heç də hər biri eyni maddi və sosial imkana malik deyil. Bəzi valideynlər övladları üçün bahalı, dəbli geyimlər almaq imkanına malik olduğu halda, başqaları üçün bunu etmək ciddi maliyyə yükünə çevrilir. Nəticədə məktəblilər arasında yaranan geyim fərqi onlar arasında ayrı-seçkilik hallarına səbəb olur. Lakin məktəblilərin vahid geyimdən istifadəsi bu fərqlərin məktəb mühitində aradan qaldırılmasına xidmət edir. Digər tərəfdən məktəb qaydalarına əməl etmək uşaqlarda məsuliyyət, özünənəzarət və kollektiv tələblərə uyğunlaşma bacarıqlarının formalaşdırılmasına kömək edir. Geyim qaydalarına da bu ümumi intizam mədəniyyətinin bir hissəsi ola bilər.
Digər tərəfdən nəzər almaq lazımdır ki, valideyn uşağı məktəbə dəbli geyimlərini, bahalı, brend markalı paltarlarını nümayiş etdirməyə deyil, təhsil almağa göndərir. Lakin bir çox hallarda bu iki fərqli davranış ümumi təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Məktəblini təhsil müəssisəsində hər hansı bir fənnin dərinlikləri, yaxud riyazi hesablamaların incəlikləri deyil, sinif, yaxud parta yoldaşının geyimlərinin qiyməti, hansı brend məhsul olduğu daha çox düşündürür. Bu tendensiya isə məktəblinin diqqətini öyrənmək prosesindən yayındıra bilər. Lakin vahid geyim forması qeyd etdiyimiz arzuolunmaz halların aradan qaldırılmasına, ən əsası diqqətin dərsə, billiyə, yaradıcılığa və şəxsi inkişafa yönəldilməsinə xidmət edər.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin məlum qərarı əsas etibarilə təhsilverənlərin (müəllimlər) geyim qaydalarını özündə tənzimləyir. Qərar müəllimlərin tədris prosesi zamanı vahid geyimdən istifadəsini özündə ehtiva edir ki, bu da həm müəllimlər arasında ayrı-seçkilik hallarının aradan qaldırılmasına, həm də müəllim dəyərinin, adının özünə qaytarılmasına, ən əsası şagirdlərin müəllimə daha çox hörmətlə yanaşmasına xidmət edən başlıca amillərdəndir. Nə qədər acı da olsa etiraf etmək lazımdır ki, bəzən müəllimin təhsil müəssisənə gələrkən onun geyimi heç də təhsil mühitinə uyğun olmur. Nəticə etibarilə, şagirdin diqqəti həmin müəllimin tədris etdiyi fənndən daha çox, onun geyimində qalır. Bu da öz növbəsində təhsilin kefiyyətinə öz mənfi təsirini göstərir. Bu baxımdan, müəllimlər üçün də vahid geyim formasının tətbiqi onların peşəsinə və pedaqoji fəaliyyətinə hörmətin ifadəsidir. Müəllimin zahiri görünüşü onun bilik və bacarıqlarını dəyişdirməsə də, öyrənmə mühitinin formalaşdırılmasına kömək edə bilər. Burada əsas məqsəd heç də o deyil ki, bütün müəllimlər eyni modeldə, eyni rəngdə geyinsin. Əsas məqsəd müəllimlərin geyimlərinin təhsil mühitinə uyğunluğu, rahatlığı və yüksək səviyyəli görünüşüdür.
Bir sözlə, istər şagirdlərin, istərsə də müəllimin geyimi kifayət qədər rahat olmalı, məktəb mühitinə ziddiyyət təşkil etməməlidir. Müəllimin sadə və səliqəli işgüzar üslubda geyimi şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını alar, dərsin idarə olunmasına maneə yaratmaz. Bütün bunlarla yanaşı, bir gerçəkliyi də qeyd etmək lazımdır ki, Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Hər bir vətəndaşımızın da, istisnasız olaraq qanunlara hörmətlə yanaşmaq və icra etmək borcudur.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı











































