Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanı hədəf taxtasına çevirmək istəyənlərə imkan verməməliyik

Azərbaycanı hədəf taxtasına çevirmək istəyənlərə imkan verməməliyik



"Zaman-zaman Azərbaycanı sevməyən, dövlətimizin inkişafı və tərəqqisinə düşmən mövqedən yanaşan müəyyən xarici dairələr, yaxın və uzaq ölkələr respublikada qarşıdurma yaratmağa, daxili siyasi sabitliyi pozmağa çalışıblar. Yaxın tariximizdə bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan daxilində baş verən hansısa bir hadisəni qabardaraq onu fəlakət, insanların hüquq və azadlıqlarının pozulması kimi qələmə verən həmin antiAzərbaycan qüvvələr indi də Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarını Azərbaycanda baş örtüyünə qadağan tətbiq edilməsi kimi yalnış qələmə verərək cəmiyyətdə narazılıq, etirazlar yaratmağa çalışırlar".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında qərarı Azərbaycanda baş örtüyünün qadağan edilməsi kimi qələmə vermək kökündən yalnışdır:

"Paytaxtda, bölgələrdə insanlar küçədə, meydanda sərbəst şəkildə baş örtüyü ilə gəzə bilirlər və buna heç kim qadağa qoymur. Bu qərar yalnız təhsil müəssisələrində çalışan müəllimlər üçündür. Ona görə də bundan böyük bir ajiotaj düzəldib cəmiyyətdə parçalanma, qarşıdurma yaratmağa heç bir ehtiyac yoxdur. Dediyim kimi, bunu etmək yalnız Azərbaycanı sevməyən qüvvələrin, ölkələrin marağındadır ki, hazırkı situasiya onlara ölkəmizdə daxili siyasi sabitliyi pozmaq, qarşıdurma, xaos yaratmaq üçün sərfəlidir".

Arzuman Muradlı deyib ki, cəmiyyət olaraq indiki situasiyada daha çox birlik, bərabərlik içərisində olmağımız, dövlətçilik maraqlarından çıxış etməyimiz vacibdir:

"Azərbaycanı hədəf taxtasına çevirmək istəyənlərə imkan verməməliyik".

Süleyman
Xəbəri paylaş