Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olmuş hərbçisinə şəhid statusu verilib

Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olmuş hərbçisinə şəhid statusu verilib


Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olmuş hərbi qulluqçusu Əliyev Babək Əsgər oğluna şəhid statusu verilib.

Newscenter.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, qanunvericiliyə əsasən, B.Əliyev şəhid statusu alıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu B.Əliyev avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Xəbəri paylaş