Bakıda inşa olunan binadan oğurluq edilib.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində inşa olunan binadan dəmir konstruksiya və 3200 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İ.Qitinmaqamedov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.