Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami rayonunda şəhid və qazi övladlarına forma və məktəb ləvazimatları verilib-FOTOLAR

Nizami rayonunda şəhid və qazi övladlarına forma və məktəb ləvazimatları verilib-FOTOLAR


Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Kral ət məhsulları şirkətinin, Bakı Tekstil Fabrikinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə yeni tədris ili münasibətilə şəhidlərin və qazilərin məktəbli övladlarına forma və dərs ləvazimatları təqdim edilib.

Newscenter.az xəbər verir ki, şəhid və qazi ailələrini ziyarət zamanı şəhid və qazilərin məktəbli övladlarına yeni tədris ilində uğurlar arzulanıb, dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.

Şəhid ailələrinin üzvləri, qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.



Ruhiyyə
Xəbəri paylaş