Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb

SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın energetika nazirinin birinci müavini Əzim Əhmədxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyun ayında Özbəkistana dövlət səfərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Dövlət başçıları tərəfindən qəbul olunan qərarların və verilən tapşırıqların icrası istiqamətində ötən müddət ərzində önəmli addımların atıldığı bildirilib.

Bu xüsusda cari ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında imzalanan əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin və bu istiqamətdə görülən işlərin strateji əhəmiyyəti vurğulanıb. “Yol Xəritəsi”nin müddəalarının icrası ilə bağlı yaradılmış işçi qruplarının ötən dövr ərzində qarşılıqlı səfərlərinin və görüşlərinin keçirildiyi qeyd edilib.

Söhbət zamanı neft-qaz sahəsində potensial əməkdaşlıq imkanları, neft və neft-kimya məhsullarının ticarəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqi, əməyin sağlamlığı və tühlükəsizliyi, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş