Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşanın qaytarılması heç də onların ssenarisinə uyğun gəlməyib

Şuşanın qaytarılması heç də onların ssenarisinə uyğun gəlməyib


Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi “İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Xankəndinin azad edilməsinə çox yaxın olub. Amma bunun həm də ordu ilə mülki şəxslər arasında qarşıdurma olacağını başa düşən ölkə rəhbərliyi bunu etməmək qərarına gəlib” bəyanatı Qarabağ münaqişəsinin bir çox detallarını və mürəkkəbliyini anlamayan, bu müharibədə iştirak etməyən, lakin özünü sahənin “mütəxəssisi” kimi qələmə verməyə çalışan az sayda şəxslır tərəfindən düzgün dəyərləndirilmir.

Çünki:

Birincisi, Hikmət Hacıyevin fikirləri diplomatik auditoriyaya yönəlmişdi. 160-a yaxın diplomatın qarşısında çıxış edirdi və Azərbaycanın sülhsevər, humanist simasını göstərirdi.

İkincisi, məlumdur ki, Azərbaycan Ordusu necə şücaət, qəhrəmanlıq nümayiş etdirdi. Amma bir hərbi ekspert kimi deyə bilərəm k, Şuşa əməliyyatı təkcə peşəkarlıq, bacarıq, şücaət deyil, həm də ordumuzun çox böyük güc sərf etməsi hesabına uğurla tamamlandı. Şəxsi heyət də artıq yorulmuşdu və Xankəndi istiqamətində həmlələr bir o qədər də asan başa gələ biləcək məsələ deyildi.

Üçüncüsü, beynəlxalq aləmin reaksiyasını unutmayaq. ABŞ və Fransa səfirliklərinin indiyə kimi öz nümayındələrini Şuşaya göndərməkdən imtina etməsi onu deməyə əsas verir ki, Şuşanın qaytarılması heç də onların ssenarisinə uyğun gəlməyib. ATƏT-in Minsk qrupunu reanimasiya etmək cəhdləri də göstərir ki, onlar hələ problemi bitmiş hesab etmirlər. Bəs Azərbaycan ordusu Xankəndinə girsəydi nə ola bilərdi? Rusiya faktorunu da unutmayaq, ruslarla üz-üzə gəlmək təhlükəsi də böyük idi.

Odur ki, gəlin hadisələri ayıq başla analiz edək. İnformasiya Müharibəsinin ən aktiv şəxsləri sırasında yer alan H.Hacıyev səviyyəsini müzakirə edənlər bir az diqqətli olsunlar, özlərini olduqları ölçüdə görsünlər. Qarabağ və Zəngəzur məsələsində dövlətimizin yanında olmaq istəmirlərsə, heç olmasa məsələnin mahiyyətini bilən və buna uyğun danışan, hərəkət edənlərə mane olmasınlar.

Milli məsələlərdə bölünən xalqlar sonradan daim peşman olur…

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş