30 Avqust müasir Türkiyə tarixinin ən şərəfli günlərindən biri-ZƏFƏR BAYRAMIDIR.
Gözəl bayram münasibətilə qardaş Türkiyə xalqını təbrik edir, rifah, əmin amanlıq arzulayıram.
Birinci Dünya müharibəsində məğlub olmuş və torpaqlarının əksər hissəsini itirmiş Osmanlı imperiyası, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Biabırçı məğlubiyyətlə barışmaq istəməyən QAZİ MUSTAFA KAMAL PAŞA və tərəfdarlarının gərgin mübarizəsi nəticəsində düşmən orduları darmadağın oldu. Benəlxalq münasibətlər sistemində güclü, hərtərəfli inkişaf etmiş və qlobal oyunçulardan birinə çevrilmiş müasir Türkiyə cümhuriyyətinin əsası qoyuldu.
Təkcə Türkiyə üçün deyil, ümumiyyətlə, Türk Dünyasının varlığı üçün, xüsusi əhəmiyyət kəsb edən tarixdən 100 il ötür. Qələbənin memarı dahi şəxsiyyət MUSTAFA KAMAL ATTATÜRKÜ, Vətən torpaqları uğrunda canlarından keçmiş cəmi şəhidləri hörmət və ehtiramla anır, Allahdan rəhmət diləyirəm.
BAYRAMINIZ KUTLU OLSUN !!!
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı