Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizinin açılmasına etiraz edən ilk ölkələrdən biri də Hindistan olub

Zəngəzur dəhlizinin açılmasına etiraz edən ilk ölkələrdən biri də Hindistan olub


Azərbaycan prezidentinin sədrlik etdiyi Qoşulmama Hərəkatının ən güclü üzvlərindən və qurucularından olan Hindistan bir neçə gün öncə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanı təcavüzkar adlandırandan sonra Ermənistana silah satmaq qərarına gəlib. Görünür ki, Ermənistanın müdafiə naziri Fransaya səfər edəndən sonra qarşı tərəfin bölgəyə vəziyyəti dəyərləndirmək üçün xüsusi misiya göndərməsindən sonra fransızlar da Ermənistana silah tədarük edə bilər.

44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılmasıdır. O bayraq Pakistanın idi. "Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir.

Ermənistanın kapitulyasiyasından sonra Zəngəzur dəhlizinin açılmasına etiraz edən ilk ölkələrdən biri də Hindistan olub. Ona görə də Hindistanın silah satmaq qərarı təəccüblü deyil. Silah da sata, rəqs müəllimi də göndərə bilər. İstəyir bağışlasın, istəyir o silahı satsın.

Mövcud durumda Hindistan silah satıb pul qazanmaq istəyir. Öz istehsalını Ermənistana verməklə yeni bazar qazanır. Ermənistanın isə Hindistan vasitəsilə İsrail dronlarını almağa da cəhd edir, amma alınmır. İsrailin Qafqaz siyasətində prioritet ölkə Azərbaycan olduğundan, bunun baş tutacağı inandırıcı deyil. Ermənistan çox acınacaqlı durumdadır. Onun bu acınacaqlı durumundan çox dövlətlər öz siyasi maraqları naminə istifadə edirlər. Silah satıb pul qazanmaq istəyənlər də var, Ermənistana forpostu kimi baxanlar da. Məqsəd heç də Ermənistanı dirçəltmək deyil. Amma məqsəd bu olsa da belə, yenə də Ermənistanı dirçəltmək mümkün deyil. Ermənistan ordusu yalan və korrupsiya üzərində mifləşdirilmişdi. 44 günlük müharibədə biz bunun şahidi olduq. Əslində Birinci Qarabağ müharibəsi zamanı da Ermənistan silahlı birləşmələri indiki qədər gücsüz idi. Sadəcə, o zaman bizim qarşımızda təkcə ermənilər deyildi. Ermənilərlə birgə dünyanın müxtəlif ölkələrindən gələn hərbi cinayətkarlar və muzdlu nizami rus hərbi birləşmələri ərazilərimizi işğal etdilər. İndi isə vəziyyət dəyişib.

Ermənilərə hansı ölkənin nə verməsindən asılı olmayarq, darmadağın edilmiş ordusu yenidən qurulmayacaq. Bunun səbəblərindən biri də erməni xalqının qorxusudur. 44 günlük müharibənin onlara yaşatdıqlarını yaxın 30 ildə unuda bilməzlər. Ermənistanın hərbi-cinayətkar revanşistlərindən başqa əksər siyasi qüvvələri də bunu dərk edir. Onlar başa düşürlər ki, Ermənistanın çıxış yolu Azərbaycanla sülh müqaviləsi, Türkiyəyə qarşı yalançı iddialardan geri durmaq və regionda stabilliyin qorunmasına töhfə verməkdir. Ermənistan bu yolu seçməsə, yaxın tarixdə dövlət olaraq mövcudluğu şübhə altında qalacaq. Hərbi-siyasi-iqtisadi çöküş Ermənistanı dövlətlər sırasından yox edəcək.

Ermənistanın növbəti təxribatı nəticəsində başlanan əks-hücum əməliyyatları zamanı Pakistan Azərbaycanın yanında olub, 30 ildən bəri işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda vətən müharibəsi günlərində daim Azərbaycanın haqq işini və ədalətli mübarizəsini dəstəkləyib: “Pakistanın rəhbərliyi, parlamenti, dövlət və hökumət rəsmiləri o çətin günlərdə ölkəmizə dəstəklərini sosial şəbəkələrdə də ifadə ediblər. Bütün bunlara görə Pakistan dövlətinə və xalqına dərin təşəkkürümüzü bildiririk”. dost dar gündə tanınar, Azərbaycanın çətin günlərində ölkəmizin haqq işini dəstəkləməsi Pakistanın əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq. Pakistanın və Azərbaycanın iki qardaş ölkə" olduğunu və İslamabadın Bakıya verdiyi dəstəyi qeyd edib: "Biz, xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq".

Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət idi.
Pakistan həmçinin Azərbaycanın bəzi ərazisini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. İkinci belə ölkə Türkiyədir. Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmasını tələb edən və işğalçını adı ilə çağıran ölkələrdən ikincisi Pakistandır. Pakistanın Baş naziri İmran Xan, Azərbaycan üçün "qardaş ölkə" ifadəsini işlədərək yayımladığı mesajında, ölkəsinin Azəbaycanın yanında olduğunu və onun qanuni müdafiə haqqını dətəklədiyini bildirib. Rəsmi İslamabad Azərbaycanın ərazi bütövlüyünün dərhal bərqərar olmasını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini istəyib.

Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu
Xəbəri paylaş