Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

50 min dollardan çox valyuta əməliyyatlarına nəzarət ediləcək

50 min dollardan çox valyuta əməliyyatlarına nəzarət ediləcək


Qazaxıstanın Milli Bankı və Dövlət Gəlirləri Komitəsi 50 min dollardan artıq valyuta əməliyyatları haqqında məlumat mübadiləsi aparacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Maliyyə Nazirliyinin “Açıq NCA” portalında yerləşdirilmiş əmr layihəsində deyilir.

Sənəd qeyri-rezidentlərin gəlirlərinə və Astana Beynəlxalq Maliyyə Mərkəzinin və digər təşkilatların əməliyyatlarına aid olacaq.

Bu layihə dövlət gəlirləri orqanlarının iri valyuta əməliyyatları haqqında məlumatlara vaxtında çıxışını təmin edəcək.

Dəyişikliklər həmçinin qeyri-qanuni kapitalın xaricə çıxarılması hallarının aşkar edilməsinin effektivliyini artıracaq və saxta əməliyyatların aparılması risklərini azaldacaq.

Anar Əliyev
Xəbəri paylaş