Martın 9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işinə başalyıb və bu gün-martın 11-də başa çatır.Qlobal Bakı Forumuna bir sıra ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak etdi.Bu rəqəmlər açıq-aydın göstərir ki,Qlobal Bakı Forumunun təkcə regional yox,qlobal əhəmiyyəti də getdikcə artır.Bu baxımdan Azərbaycanın da yeni düzən kontekstində qobal müzakirələrə töhvəsi də getdikcə artmaqdadır.
\
Forumda yeni dünya nizamına təhdid yaradan amillər, bölünmüş dünyada dayanıqlılığın qurulması,əsas təhlükələr,qarşıda duran çağırışlar və onların həlli yolları,iqlim, qida və nüvə təhlükəsizliyi məsələləri müzakirə olunub. Postpandemiya dövründə görülməsi vacib olan işlər ətrafında fikir mübadiləsi aparılıb.Qlobal yoxsulluğun və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər müzakirə olunub.Sadalanaın mövzuların əhatəliliyi və çəkisi göstərir ki, Bakı forumu artıq mühüm qlobal müzakirə platformasına çevrilib.Bu platformada birincisi,Azərbaycan 61 ölkədən gəlmiş 360-dək nümayəndə və deməli beynəlxalq səviyyəli çox geniş bir auditoriya qarşısında öz həqiqətlərini beynəlxalq hüquqa əsaslanaraq və real vəziyyət kontekstində təqdim etdi;ikincisi, belə bir geniş miqyaslı tədbirə ev sahibliyi etməklə geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına layiqli töhfə verir;üçüncüsü,X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Bu kontekstdən Azərbaycan prezidenti Forumun açılış mərasimindəki çıxışında beynəlxalq aləmin dərindəın düşünməsi,nəticə çıxarması və fikirdə,sözdə,əməldə nəzərə alıb konkret addımlar atması üçün zəngin matearial verən bir sıra aktual məsələrə toxundu və vacib mesajlar verdi:
1.Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddətində bu Hərəkatın fəaliyyətini aktivləşdirməyə çalışdı.Bu ilin sonuna qədər uzadılmış sədrlik müddətində də bu Hərakatın fəaliiyənə və cağdaş dünyanın getdikcə dərinləşən problemlərinin həlinə təsir baxımından rolunun artmasına öz təhfələrini verməkdə davam edəcək.Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da bu yöndə səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük.Qoşulmama Hərəkatı münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.
2.Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik.
3.Azərbaycan ərazilərini işğal edib, xarabazara çevirən və Azəbaycan xalqına humanitar fəlakət yaşadan,soyqırım törədən Ermənistan münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi.Əfsuslar olsun ki, 28 il ərzində ATƏT-in Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda bizə belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər.Lakin biz bununla razılaşmadıq.Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.
4.2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər.
5.Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik.
Əli Məsimli-Milli Məclisin deputatı