
Cənab Prezident, icazə verin, onlar da sevinsin.
Rusiya ilə münasibətlər korlanan kimi bəziləri bu korlanmaya uyaraq özləri də korlandılar əslində onlar çoxdan korlanıblar. Sevinən kim.. Bir-birini təbrik edən kim...Göz aydınlığı verən kim...Bu diplomatik böhranın yaranmasını yalnız hakimiyyətin üzərinə yıxaraq, bundan istifadə edib ölkə daxilində siyasi böhran yaratmağa cəhd edənlər biz, təbii ki, sizi anlayırıq. İnanın, sizi anlamaq çox sadədir. Çünki sizin bir missiyanız var, ölkəni satıb, hakimiyyəti ələ keçirmək. Lakin sizin təfəkkür istiqamətinizi yönəldənlər sizi istədikləri siyasi oyunlarda “cırtdan” rolunu oynamağa məcbur edirlər.
Dövlət cırtdan qaydaları ilə idarə olunmur.
Ölkə müdriklik, böyük düşüncə, ağıllı strategiya, sərrast planlama və siyasətlə idarə olunur. Siz bunu anlaya bilmirsiniz, çünki məqsədiniz xırda hisslərdən doğan planlarınızı həyata keçirməkdir.
Böyük dövlət idarəetmə metodikasını anlamamağınız normaldır. “Öz məni” ni təsdiqləmək istəyənlər dövlət uğurunu görüncə gah özlərini mübariz siyasətçi kimi göstərir, gah da məzlum paltarı geyinib yazıq obrazını məharətlə yerinə yetirirlər. Sizcə, dəyərli soydaşlar, belə siyasətçilərə bir sexin idarə edilməsini etibar etmək olarmı? Vətənpərvərlərin yerinə cavab verim, birmənalı olaraq yox! Siz paranoik düşüncə tərzi ilə yaşayan siyasətçilər həmişə belə olmusunuz. Çünki dövlət gücləndikcə siz unudulursunuz. Ona görə də hər uğuru özünüzə təhlükə sayıb narahat olursunuz. Dövlətimiz isə təbii ki, etibarlı və müdrik dövlət başçımız İlham Əliyev tərəfindən idarə olunur. Susqunluq, amma faktlarla bütün bu yanlış davranış tərzlərinə məharətlə cavabı verir.
Uğuru sözlə yox, əməli ilə və nəticə ilə sübut edən dövlətimizin bu gün böyük bir lideri var.
Biz öz milli informasiya siyasətimizi gücləndiririk. Siz isə bundan narahat olaraq, bizə münasibətdə “hisslər krizinə” girən ölkələrlə birlikdə milli informasiya siyasətimizə, milli maraqlar strategiyamıza zərbə vurmaq üçün dəridən-qabıqdən çıxdınız.Amma yenə də susqun, lakin sərrast siyasi atəşlərlə nəticələr əldə edən, uğurları bu dövlətin həm də sizin yaşadığınız ölkənin aktivinə yazanlar, sizi sevinməyə qoymadı.
Rusiya ilə münasibətlərdə dönüş yarada biləcək addımların şahidi olduq.
Sizin məyusluğunuzu anlayıram bu, sizin üçün bir qədər haqsızlıqdır. Axı, sizin də sevinməyə, həm də uzunmüddətli sevincə haqqınız var.
Amma tövsiyə edirəm: nevropatoloqlara vaxtında müraciət edin ki, səhhətinizdə kəskin pisləşmə baş verməsin. Çünki gələcək uğurlarımız çoxdur, siz isə indidən tədbirinizi görün.
Cənab Prezident, sizdən xahiş edirəm onların “sevinc hüququnu” əllərindən almayın.
Siyasi meydanda yalnız nakaut və nakdaun alanların sevinməsinə şərait yaradın. Dövlətin uğurlarına sevinən hər kəs, dövlət üçün atılan bütün addımları dəstəkləməlidir. Qısa zaman kəsiyində ölkəmizin regional, qlobal və beynəlxalq nüfuzu elə bir səviyyəyə çatdırılıb ki, ölkəsini sevən, ürəyi Vətənin qəlbi ilə döyünən hər bir insan bu hissi qürurla yaşayır. Bütün bunlar ölkədə həmrəyliyin, milli birliyin, siyasi dialoqun və konstruktiv yanaşmanın nəticəsi olaraq əldə olunub. Dialoq mühiti və siyasi təşkilatların birliyi ölkənin dünyada vahid mövqeyinin ifadəsidir. Çox təəssüf ki, gələcək, inkişaf və dövlətçilik naminə qurulan bu siyasi strategiyada iştirakdan çəkinən siyasətçilərimiz də oldu. Təbii ki, xalq belə insanlara vaxtında və yerində layiqli qiymətini verir və verəcək də. Demokratik dəyərlərdən danışan, amma demokratiyanın “D” hərfini belə öz siyasi ruhuna hopdura bilməyənlər bu gün təksəsli siyasətə üstünlük verən siyasətçilər sırasındadır.
Elə həmin siyasətçilərdən biri Qarabağdan fotolar paylaşaraq “ağıllı olmağı” zəiflik kimi dəyərləndirir. Nə demək olar? — Heç nə.
Çünki siyasətçi artıq zəifliyi seçibsə, təksəsliyə üstünlük veribsə, onu buraxmaq lazımdır qoy, istədiyi kimi yaşasın. Onsuz da onun dövlətə də, millətə də, siyasətə də, ətrafına da heç bir xeyri dəyə bilməz. Dialoq sağlam ictimai rəyi formalaşdırmaq üçün mühüm bir hadisədir.
Siyasi sağlamlığını itirənlər isə bu prosesdə iştirak edə bilmir, adaptasiya dövründə ciddi çətinliklərlə üzləşirlər. Arif Hacılı yaxın vaxtlarda siyasi dialoq və həmrəylik “nağıllarından” danışmışdı. Bu gün isə Qarabağa səfərdən danışır. Bütün siyasi partiyalar həmin səfərlərdə birgə iştirak edərək, dövlətin ərazi bütövlüyünün bərpası, suverenliyinin möhkəmləndirilməsi və ölkənin bütövləşməsi üçün formalaşdırılan milli ideologiyaya öz töhfələrini verdilər.
Onlar isə qeyri-sağlam siyasi yanaşma ilə bu prosesdə də kənarda qaldılar. Siyasi karyeralarını bitirmiş, bitkin olmayan siyasətçilər yəqin ki, öz gələcək taleləri ilə artıq barışıblar. Bu məhkum düşüncəli tiplər, məğlub siyasətçilər, ümidsizlik içində qərarlaşan passiv realistlər sadəcə olaraq öz zəif talelərinə bəraət axtaranlardır.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri