Məlum olduğu kimi artıq iki gündür ki, Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşlər davam edir. Amma , görünür bu dəfə də, Ararat Mirzoyan bundan əvvəlki aylarda olduğu kimi masaya absurd təkliflər gətirərək sənədin imzalanmasına imkan verməyib.
Şərti olaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair razılıq sənədinə erməni tərəfi beynəxalq qarantorlar, Alma - Ata Bəyannaməsi əsasında demarkasiya- delimitasiya, beynəlxalq qarantorların iştirakı ilə ( Minsk qrupunun üç üzvünün iştirakı ilə) Qarabağ erməniləri və Azərbaycan hakimiyyəti arasında hüquq və təhlükəsizliklə bağlı danışıqlar kimi bəndlərin salınmasına israr edib. Əvəzində isə, separatizmi pisləyən ifadədən yan qaçıb.
Alma - Ata Bəyannaməsi.
Bəyannamə Azərbaycan və Ermənistan liderləri arasında Praqada bir daha tanınıb. Lakin, bu ərazi bütövlüyü məsələsinə aiddir. Delimitasiya - demarkasiya məsələsi isə anklavlar məsələsinə aydınlıq gətirilmədən qəbul edilə bilinməz. Paşinyan 1991 - ci il sərhədlərində israr edərək 1980-ci illərdə ermənilərə verilmiş anklavlar məsələsini gündəmdən salmaq istəyir. Eyni zamanda Qarabağdakı separatçıların həmin vaxta qədər gələcəkləri ilə bağlı verdikləri qərarla ətrafında manipulyasiya edir.
Beynəlxalq qarantlar.
Qarabağ və Laçın rayonu ilə bağlı beynəlxalq qarant institutuna Azərbaycan müraciət etməyəcək. Bu bir növ 30 il əvvəl Minsk qrupu çərçivəsində AR və ER arasında danışıqlara bənzəyərdi. Qarabağ Azərbaycanın daxili hissəsidir. Əgər kimsə vasitəçi olmaq istəyirsə, buna etiraz yoxdur. Lakin, vasitəçinin fəaliyyəti hüquqi müstəviyə salınmayacaq.
Sülh müqaviləsi ilə bağlı beynəlxalq qarantorlara müraciətə gəldikdə isə, bu məsələyə neytral baxa bilərik, lakin, aydındır ki, qarant dövlətlərin sülh prosesində hüquqi sənəddə göstərilmələri hazırda bölgədə ancaq Türkiyə ilə müəyyən məsələlərdə dialoqda olan və digər aktorı qəbul etməyən Rusiya üçün qəbuledilməzdir. Mövcud təkliflər regionda qlobal güclər arasında qarşıdurmanı legitimləşdirə bilər.
Beləcə, Ermənistan ABŞ da cığallıq nümayiş etdirdi və yol xəritəsini qəbul etməkdən qaçdı.
Zaur Məmmədov-politoloq