Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük tarixi şəxsiyyət həm dövlətçiliyimizi xilas etdi, həm də dövlətin iqtisadi qüdrətini artırdı

Böyük tarixi şəxsiyyət həm dövlətçiliyimizi xilas etdi,  həm də dövlətin iqtisadi qüdrətini artırdı


Böyük tarixi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azər­bay­canın dövlətçiliyini xilas etdi. Bu, həm də Azərbaycanın iqtisadi inkişafının başlanğıcı oldu. Sa­bit siyasi vəziyyət olmayan dövlət heç zaman iqtisadi yüksəlişə nail ola bilməz. Böyük tarixi şəx­siyyət Heydər Əliyev məhz bu tezisə əsaslanaraq ölkənin iqtisadi inkişafını təmin etmək üçün beynəlxalq müqavilələrin bağlanmasını məqsədəuyğun bilirdi. “Böyük İpək yolu”, “Əsrin müqa­vi­ləsi”, və s. bu qəbildəndir. Bunlarla bir sırada ölkənin iqtisadi inkişafını daxili imkanlar hesabına da yüksəltməyə çalışırdı və böyük uğurlarla buna nail olundu.

Azərbaycan zəngin təbii sərvətlərə malik olan ölkədir. Bu sərvətlərdən səmərəli istifadə olu­nması ilə onun iqtisadi qüdrətinin artırılacağını qət edən Ulu Öndər Azərbaycan neftinin bu istiqamətdə mühüm roluna xüsusi əhəmiyyət verirdi. Bu tezis 1994-cü il fevralın 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərləri, neftçi alim və mütəxəssisləri ilə görüşündə də xatırladılmışdı: “Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbay­ca­nın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir”.

1993-cü il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidentinin Andiçmə mərasi­min­də iqtisadi potensialın iqtisadi qüdrətə çevrilməsi mexanizmini də göstərmişdi “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələ­ri­nə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın”.

Böyük tarixi şəxsiyyət həm sənayeninin, həm də kənd təsərrüfatının inkişafının dinamika­sı­nın yüksəldilməsini tövsiyə edir, bunu dövlət üçün prioritet məslələr sırasında görürdü: “Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var”...

1999-cu il sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışında Ulu Öndər demişdi: “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”. Bu fikirlər Azərbaycanın istər siyasi, istərsə də iqtisadi tərəfdaş olduğunu xatırladırdı. Bu xatırlatma etibara, inama əsaslanan xatırlatma idi: -

Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın iqtisadi qüdrətini yüksəltməyə, bu yüksəlişlə ordu­muzun gücünün artırılmasına, nəticə etibarilə İkinci Qarabağ müharibəsində ordumuzun Zəfər qazanmasına real şərait yaratmışdı...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
Xəbəri paylaş