Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda valideynlərin 75%-i uşaqları haqqında internetə məlumat yerləşdirmək üçün onların özündən icazə almır

Azərbaycanda valideynlərin 75%-i uşaqları haqqında internetə məlumat yerləşdirmək üçün onların özündən icazə almır


Kaspersky-nin məlumatına görə*, Azərbaycanda valideynlərin 40%-i sosial şəbəkədə öz uşaqları ilə birgə paylaşımlar edir, foto və videolar bölüşürlər. İnternetdə böyüklər uşaqlarının hobbilərini (35%) və həyatlarından hekayələri (30%) paylaşırlar. Həmçinin, hər dördüncü valideyn şəbəkədə uşaqlarının adını qeyd edir, hər beşinci isə geolokasiyanı göstərir - fotoşəkilin çəkildiyi yeri işarələyir. Eyni zamanda, respondentlərin dörddə üçü (75%) bunu icazəsiz edir, yəni onlar uşaqlardan onlar haqqında məlumatın internetdə paylaşılması ilə razılaşıb-razılaşmadıqlarını soruşmurlar.

Valideynlərin fikrincə, uşaqların özləri ən çox ictimaiyyətə açıq mənbələrdə şəxsi fotoşəkillər və hobbiləri (hər biri 40%) haqqında mesajlar paylaşırlar; gənc istifadəçilərin demək olar ki, üçdə biri (30%) haqqında yaş, məktəb nömrəsi və / və ya mobil telefon nömrəsi, həmçinin mənzil şəraiti haqqında məlumatlar da görmək olar.

“Valideynlərin övladlarının fotoşəkilləri və uğurlarını paylaşmaq istəyi təəccüblü deyil - bəzən övladla qürur duymaq istəyirik. Əlbəttə ki, böyüklər heç də həmişə uşaq haqqında məlumat yerləşdirməyə görə onun özündən razılıq istəmir və bu da adətən onun yaşına görə baş verir”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndə Müşviq Məmmədov bildirir. “Lakin yadda saxlamaq lazımdır ki, həddən artıq şəxsi məlumatın ictimaiyyətə açıq mənbələrə yerləşdirilməsi fəlakətli nəticələrə səbəb ola bilər. Məsələn, təcavüzkar uşağın inamını qazanmaq üçün onun adı və hobbisi haqqında məlumatdan istifadə edə bilər. Bu gün 15 may, bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu gün hər kəsi bir-birinə qayğı göstərməyə: valideynləri riskləri düzgün qiymətləndirib yaxşı nümunə göstərməyə, gənc şəbəkə istifadəçilərini isə rəqəmsal sərhədləri qorumağa və şəxsi məlumatların qayğısına qalmağı öyrənməyə səsləyirik”.

*Sorğu 2022-ci ilin dekabrında ERA Marketinq Mərkəzi tərəfindən aparılıb. “Face-to-face” (üzbəüz) metodu əsasında Bakı, Gəncə və Sumqayıt şəhərlərinin kiberfırıldaqçılıqla üzləşmiş sakinləri sorğuya cəlb ediliblər. Sorğuda yaşı 18-dən yuxarı olan 300 nəfər iştirak edib.

Natiq Orucov
Xəbəri paylaş