
Sentyabrın 21-də ilin ikinci və son Günəş tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Newscenter.az-a verilən xəbərə görə, bu, qismən Günəş tutulmasıdır.
Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünsə də, Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
Mehman Mehdiyev