Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsimi rayonunun orta məktəblərində “15 sentyabr - Bilik günü» qeyd olundu

Nəsimi rayonunun orta məktəblərində “15 sentyabr - Bilik günü» qeyd olundu




Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur.

Newscenter.az xəbər verir ki, əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün  rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.

Tədbirlərdə çıxış edən natiqlər müəllim və şagird  kollektivlərini təbrik edərək, ötən tədris ilinin Nəsimi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiklərini bildirərək, bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını qeyd ediblər.

Tədbirlərdə qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin söylədiyi "Təhsil millətin gələcəyidir" sitatı müasir Azərbaycanın inkişaf strategiyasında təhsilin dövlət siyasətinin ana xəttinə çevrildiyini təsdiqləyir. Xüsusilə vurğulanmışdır ki, bu gün Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri nəticəsində Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyaraq, gələcəyin savadlı, milli ruhlu və vətənpərvər nəsillərinin formalaşmasına möhtəşəm töhfələr verməkdədir.

Tədbirlərdə çıxış edən müəllim və valideynlər təhsilə göstərilən diqqət və qayğıya, məktəblərdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Tədbirlərdə  şagirdlərin hazırladıqları bədii kompozisiyalar təqdim edilmiş, vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş