Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda yük daşımaları iki dəfə artacaq

Qazaxıstanda yük daşımaları iki dəfə artacaq


2029-cu ilə qədər Qazaxıstanda yükdaşımaların həcmini iki dəfə artırmaq planlaşdırılır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə hökumətin iclasında baş nazirin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin məlumat verib.

O deyib ki, Baktı-Ayagöz yeni dəmir yolu hissələri, “Seksaul-Beyneu” avtomobil yolu və başqaları kimi mühüm infrastruktur layihələri həyata keçiriləcək.

2026-cı ildə gömrük və logistika xidmətləri üçün vahid rəqəmsal sistem olan Smart Cargo tətbiq ediləcək və KTZ bazasında Milli Hava Karqo Şirkəti fəaliyyətə başlayacaq. Görülən bütün tədbirləri nəzərə alaraq, Qazaxıstan ərazisindən yükdaşımaların həcminin 2 dəfə artırılması nəzərdə tutulur.

Mehman Mehdiyev
Xəbəri paylaş