
Mərkəzi Asiyada unikal idman qurğusu istifadəyə verilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, idman qurğusu Qazaxıstanda inşa olunub.
Qazaxıstanın Turizm və İdman Nazirliyindən verilən məlumata görə, Türküstan şəhərində istifadəyə verilən Avarçəkmə İdman kompleksi Mərkəzi Asiyada unikaldır və Beynəlxalq Kanoe Federasiyası (ICF) ilə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) standartlarına tam uyğundur.
Obyektin açılış mərasimi üçün Qazaxıstana xüsusi olaraq gələn ICF prezidenti Tomas Konyeçko idman kompleksini yüksək qiymətləndirib.
Qeyd edək ki, hazırda Qazaxıstanın 12 rayonunda avarçəkmə, kayak, kanoe, slalom avarçəkmə növləri inkişaf etdirilir. Bu idman növləri ilə 6131 nəfər müntəzəm məşğul olur. Onlarla 174 məşqçi çalışır.
Anar Əliyev