"Ölkəmizdə elmi sferada illərdir tətbiq olunan klassik kitab tərtibi metodunun ciddi şəkildə yenilənməyə ehtiyacı var. Ali məktəblərdə Azərbaycanlı alim və tədqiqatçılar tərəfindən qələmə alınan dərsliklərin hamısı eyni süjet xəttinə malikdir. Mövzu və onun əhəmiyyəti, predmeti, bağlı olduğu sahələr, başqa elmlərlə əlaqəsi və s".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai - siyasi fəal Raman İsmayılov səsləndirib. O bildirib ki, Sovet dövründən bu günə qədər yazılan ali məktəb dərsliklərinin - sosial və humanitar elmlərdən texniki - empirik elmlərə qədər - təxminən 90% faizi qeyd etdiyim metodikadan kənara çıxmır. O, Azərbaycan alimlərinə və ali məktəb dərsliklərinin müəlliflərinə müraciət edərək deyib:
"Əziz alimlər! Bu metod sizi alim kimi yetişdirsə də, sizdən sonrakı nəsli yetişdirə bilmir, bunu birmənalı şəkildə anlamaq lazımdır. Bir sorğu təşkil edin: tələbələrin neçə faizi üçün bunlar maraqlıdır? Kitabı açan kimi qarşıya çıxan "predmet", "metod", "məqsəd və vəzifələri" kimi mövzu başlıqları tələbələri yorur və həvəsdən salır. Daha anlaşıqlı bir dildə mövzuya başlamaq olar. Hər dərsliyi işləyəndə fərqli sitat və tarixi məlumat yerləşdirmək yenilik üçün kifayət deyil! İndi zamanın tələbləri zamanın tələbələri kimi fərqlidir".
Anar Əliyev