Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu tövsiyələr də yerinə yetiriləcəkdir -ÖZƏL

Bu tövsiyələr də  yerinə yetiriləcəkdir


"Azərbaycan mətbuatının yaranmasının 148-ci ili tamam oldu. “Əkinçi” ilə başlayan milli mətbuatımız bu illər ərzində böyük inkişaf yolu keçib. Sovetlər ittifaqının tərkibində olanda da Azərbaycanda mətbuat milli xarakterini mühafizə edirdi. O illərdə nəşr ediln qəzetlər Sov.İPK-nin siyasətinin təbliğatçısı olmaqla kifayətlənmirdi, Azərbaycan xalqının zəngin tarixinin, mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinni qorunmasının mühafizəkarı idi.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranan və formalaşan yeni mətbuat Azərbaycan dövlətçiliyinin möhkəmləndiriməsinin mətbu əsgəri oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Səbinə Xasayeva Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən də danışıb:

"İyul ayının 21-də Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumda iştirak etdi.
Forumda çıxışında ölkə başçımız İkinci Qarabağ müharibəsinin gedişində xalqa müraciətində qürurla dediyi fikirlərin davamı kimi dediyi fikir forumun manifesti kimi səsləndi: Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.
İkinci Qarabağ müharibəsi dünyanın nizamını ədalət baxımından dəyişdi. Ədalətli müharibə aparan Azərbaycan Zəfər qazandı. Bu Zəfər Azərbaycanın siyasi nüfuzunu da yüksəltdi. Bu müharibədə Türkiyənin Azərbaycanla qardaşlığının tarixi gerçəkliyi bir daha təsdiqləndi. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqamı diqqətə çatdıraraq dedi: “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik”.
Ölkə başçısı ölkə daxilində təhlükə olmadığını, ölkədə sabitliyin mövcudluğunu, cəmiyyətdə həmrəyliyin səviyyəsinin heç vaxt olmadığı qədər yüksək olduğunu, Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini də bildirdi. Bunlar ölkənin iqtisadi inkişafını şərtləndirən amillərdəndir. İkinci Qarabağ müharibəsində məğlub olan işğalçı Ermənistan üçtərəfli bəyanatın tələblərini yerinə yetirmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forum iştirakçılarına bildirdi ki, “Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”.

Millət vəkili vurğulayıb ki, ötən ilin fevralında Rusiya ilə Azərbaycan arasında Bəyannamə imzalandığını da xatırladan ölkə başçımız Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə kiçik nahamarlıqların Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmədiyini də bildirdi:

"İkinci Qarabağ müharibəsi indi də dünyanın diqqət mərkəzindədir. Təkcə Şuşanın işğaldan azad edilməsi ilə bağlı yazılanlar, deyilənlər Azərbaycan Ordusunun gücünə, qüdrətinə ehtiramın ifadəsidir. Bu qələbə dünyanın əksər dövlətləərinin hərbi ekspetlərinin təklifləri ilə qurumlar tərəfindən öyrəilməkdədir. O döyüşlər azərbaycançılıqla erməniliyin döyüşləri idi. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir”
Forumda bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəyindən, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölündüyündən, işğaldan əziyyət çəkən 1 milyon insanin öz dədə-baba torpaqlarına qayıdacağından, növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlarından söz açan Ölkə başçımız Zəngəzur dəhlizinin ləğv edilmədiyini, bu layihənin gündəlikdə qaldığını, həyata keçirilməyənədək gündəlikdə qalacağını da bildirdi".

Səbinə Xasayevanın sözlərinə görə, forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalıdır:

"Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır, məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır.
Əminəm ki, həmişə Azərbaycan dövlətçiliyinin söz əsgəri olmuş Azərbaycan mətbuatı ölkə başçısının “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda dediyi bu tövsiyələrini də yerinə yetirəcəkdir".

Anar Əliyev
 
Xəbəri paylaş