Rasim Balayev həqiqi mənada öz sənətinin, böyük istedad sahibidir.Onun ərsəyə gətirdiyi obrazlar hər hansı bir azərbaycanlı üçün maraqlı olub və o obrazı sevdirib.Bu əsil kino sənətinin əsas məqsədlərindən biri olaraq böyük bacarıq və istedad tələb edir.
Rasim Balayevin oynadığı obrazlardan biri də "Babək" bədii filmidir. Sənətkar ona təqdim olunan qaydada obraza uyğun olaraq, bu tarixi şəxsiyyəti demək olar ki hər kəsə müsbət təsir edəcək səviyyədə tanıda bilib və hazırda Babək Azərbaycan xalqının qəhrəmanlıq nümunələri içində ən yüksək yerlərdən birini tutur. Aydındır ki, hər yerdə olduğu kimi bizim ölkəmizdə də tarixi şəxsiyyətlər haqqında yenidən araşdırma aparanlar az deyil və bu araşdırmalar nəticəsində Babəkin Azərbaycan xalqı üçün nə qədər məqbul tarixi şəxsiyyət olduğunu, sovetlər dönəmində birmənalı olaraq sevilən və qəhrəmanlığına heç bir şübhə edilməyən Babək ,indiki müasir dövrün tələblərinə birmənalı olaraq cavab verə bilmədi. Bunun bir çox səbəbləri var və bu səbəblərin hamısı heç də əsassız sayılmamalıdır.
Otuz il əvvəl , Azərbaycan prezidentinin əlindən "İstiqlal" ordenini qəbul edən Rasim Balayevin oynadığı Babək filmi və obrazı ətrafında bir araşdırma apardıq. Və Babəkin bu filmdəki suallarla dolu addımları , hərəkətləri, sözləri, inancı və ümumiyyətlə filimdə baş verənlər və sairə, təzəcə milli və mənəvi, dini dəyərlər üzərində düşünən gənclər olaraq bizi də çox təəccübləndirdi. Allahın dinini Onun Peyğəmbəri sallallahu və aleyhi səlləmin buyurduğu şəkildə yayan İslam xilafətinə qarşı, heç kimə məlum olmayan hansısa "uluşirvin" adlı bir bütəmi və yaxud da nəyinsə ruhuna and içən, sovet senzurasının tən ortasından keçən "qəhrəmanımız" Babək öz dönəmində guya Azərbaycanı düşmənlərdən qoruyur kimi təqdim edilir və bu arda Allahın dinini yayan 70 min insanı qətlə yetirir.
Kinoda deyildiyi kimi baş kəsib ad qazanmış sərkərdələrin məşvərət şurasına sinəsinin çox hissəsi açıq olaraq gələn Babəkin dostunun arvadı və sonradan öz arvadı, öz dövrünün generallarını basıb keçib yuxarıda oturması və badə qaldıraraq içki içilməsi, inanın ki bizim keçmişimizə olan rus xəyanətidir və mən inanmıram ki, Azərbaycan xalqının bu formada tarixi olsun və inanmıram ki, belə bir mentalitetə sahib olmuşuq. Əslində Babəkin sovetlər dönəmində qəhrəman kimi təqdim olunmasının səbəblərindən biri də onun inkişaf edərək, güclənərək böyümüş İslam xilafətinin, Avropaya, Şərqi Avropa ölkələrinin əksəriyyətinə, Slavyan ölkələrinə və xüsusilə də Rusiya coğrafiyasına keçməsinin qarşısını almasıdır ki, bu da Rusiya tarixçiləri tərəfindən araşdırılıb və yüksək qiymət almasıdır və belə bir adam mütləq ki, qəhrəman kimi təqdim olunmağa layiqdir.
Babək haqqında Məmmədəmin Rəsulzadə də bir başqa bucaqdan öz qeydlərini verib və daha sonra deputatlar, partiya sədirləri digər siyasət adamları öz düşüncələrini ifadə ediblər. Bu baxımdan Babək haqqında o qədər də yüksək təsəvvürlər formalaşdırmaq tarixin həqiqi qəhrəmanlarına qarşı insafsızlıq ola bilər, düşüncəsindəyəm.
Çingiz Şahbazi