Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndi ermənilərin ağıllanması zamanıdır…

İndi ermənilərin ağıllanması zamanıdır…


Ermənilər və onların havadarları 44 günlük savaşda yaşadıqları ağır məğlubiyyətdən nəticə çıxara bilmədilər. Yalanı həyat tərzi seçmiş Ermənistan hakimiyyəti reallıqlarla barışmaq, qarşısındakı güclə hesablaşmaq və nəticə etibarilə 10 noyabr sazişi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək silahlı quldur dəstələri bizim torpaqlarımızdan çıxarılmasını təmin etmək əvəzinə, əks yol seçdi. Revanş yolu. Bu mövzudakı açıqlamalarımızın birində, onu hazırlayan jurnalist ermənilərin revanş istəklərinə cavab olaraq açıqlama üçün belə bir başlıq seçmişdi: “Nəyinən Aşot?” Bu gün apardığımız antiterror əməliyytı bir daha sübut etdi ki, erməni hərbi quldur dəstələrinin Azərbaycan ordusunun qarşısına çıxması gülüncdür.

Erməni ordusunun Qarabağ torpaqlarımızda saxlanılan silahlı quldur dəstələrinin Azərbaycan ordusu qarşısında bir neçə saat belə duruş gətirə bilməyəcəyini fərq etməyən separatçılar, 44 günlük qələbəmizdən ötən 3 ilə yaxın vaxt ərzində bir gün də olsun sakit dayanmadılar. Azərbaycanın mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub, yaşayış məntəqələrimizdəki insanları vahimə içərisində saxlamaq məqsədilə onlara qarşı davamlı təxribatlar törətməklə məşğul oldular. Ermənilərin bu addımlarını idarə edən separatçılar sonda Qarabağ torpaqlarımızda gərginliyi pik həddə gətirib çıxardılar. İş o yerə çatdı ki, minalardan təmizlədiyimiz ərazilərə erməni dversiya qrupları yenidən Ermənistanda istehsal olunan minaları basdırmağa başladılar. Son müharibədən ötən dövrdə ermənilərin mina terroru nəticəsində Qarabağ torpaqlarımızda 314 nəfər azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.
Terror ermənilərin tarix boyu seçdiyi yoldur. Ermənilərin terrorist təşkilatları on illər boyu dünyanın müxtəlif yerlərində, ilk növbədə türklərə və azərbaycanlılara qarşı onlarla terror aktları törədiblər. Ermənilər bütün dünyada terrorist bir millət kimi tanınırlar. Osmanlı dönəmində Türkiyədə də bu işlə “peşəkar səviyyədə” məşğul olublar. Bir sözlə, terror bu millətin xislətinə uyğun bir əməldir.

Ermənilər və onların havadarları düşünürdülər ki, torpaqlarımızda davamlı terror aktları törətməklə uduzduqları 44 günlük müharibənin qisasını alıb, son nəticədə Azərbaycanı Qarabağ torpaqlarımızda yaşayan erməni toplumuna hər hansı bir status verməyə məcbur edə biləcəklər.


Ermənilərin torpaqlarımızda törətdikləri son vəhşilik – sentyabr ayının 19-da baş verdi. Ermənistan silahlı qüvvələrinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda quraşdırdıqları minanın partlaması nəticəsində mülki şəxslər həlak oldu və elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandılar.

Azərbaycanın səbr kasası bu qədər terror qarşısında dolub daşmalı idi. Biz buna qədər hər vəchlə erməniləri danışıqlar masasına, dialoqa dəvət etdik. Biz Qarabağ torpaqlarımızda yaşayan və vətandaşlarımız hesab etdiyimiz ermənilərə humanitar yardım göndərdik. Lakin bütün qırmızı xətləri keçmiş erməni separatçıları nə dialoqa gəldilər nə də humanitar yardımlarımızi qəbul etdilər. Beyni yuyulmuş bu xəstə toplum “ölərik istəyimizdən dönmərik” prinsipi ilə torpaqlarımızda davamlı hərbi cinayətlər törədərək, Azərbaycan dövlətinin səbri ilə oynamaq yolunu seçdilər. Bir sözlə, Ermənistan hökuməti 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Qarabağ bölgəmizdəki silahlı qüvvələrini oradan çıxarılmaq barədə düşünmək belə istəmədi. Bu cinayətkar ordunun torpaqlarımızda qalması regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidr.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən təşkil olunmuş terror aktları Azərbaycan ordusunu Qarabağ torpaqlarımızda lokal antiterror əməliyyatları keçirməyə məcbur etdi. Ordumuzun keçirtdiyi bu əməliyyatların əsas məqsədi, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasından ibarətdir.

Biz bu əməliyyatları torpaqlarımızda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə keçiririk. Azərbaycan ordusu yetərincə peşəkardır, onun hədəfində mülki əhalinin olması mümkün deyil və ordumuz keçirtdiyi antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektlərini yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarır. Əməliyyat öncəsi və onun gedişində Qarabağ torpaqlarımızda yaşayan bütün mülkü əhaliyə xəbərdarlıq edilib, onlara hərbi obyektlərdən kənar durmaları tövsiyyə olunub.

Antiterror əməliyyatının keçirildiyi müddətdə Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil ediləcək, qadınlara, uşaqlara, qocalara, habelə fiziki məhdudiyyətli şəxslərə və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqlar. Görüləcək bu tədbirlərlə yanaşı əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılmışdır.

Azərbaycan hökuməti reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Lokal antiterror əməliyyatları başladıqdan sonra dövlətimiz bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğumuzu bildirdi. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcəkdir.

İndi seçim ermənilərin və onları körükləyən tərəfdarlarınındı… Ağıllı olmaları gərəkdir…

Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor,
“Ekonomiks” Beynəlxalq İqtisadi
Araşdırmalar İctimai Birliyinin sədri

Xəbəri paylaş