Təkcə Azərbaycanla Türkiyə deyil, eləcə də region və dünya ölkələrinin diqqəti bu günlərdə Naxçıvan Muxtar Respublikasına yönəlib. Səbəb Türkiyə liderinin Muxtar Respublikaya səfəri və burada Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edəcək tədbirlərdə iştirak etmələridir.. Bəs, bu səfərdən gözləntilər nələrdir?
Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyib ki, İğdırdan Naxçıvana çəkiləcək 85 km-lik qaz boru kəmərinin 500 milyon kub metr həcmində illik, 1.5 milyon kub metr həcmində gündəlik ötürücülük gücünün olması Naxçıvanın asılılığını aradan qaldıracaq. Onun sözlərinə görə, eyni zamanda orada modernizasiyasını həyata keçirdiyimiz hərbi qulluq və təmir zavodunun açılış təkcə müdafiə sənayesindəki əməkdaşlığımıza töhfə verməklə bitməyəcək, həm də Naxçıvanda məşğulluğa töhfə verəcək:
"Azərbaycan və Türkiyə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb ki bu da Naxçıvanın həm iqtisadi inkişafına həm də enerji təmantına ciddi təsir edəcək. Bir sözlə, Naxçıvanda iqtisadi həyatın tam yeni dönəmi başlayır".
İqtisadçı deyib ki, Naxçıvanın İran asılılığının azaldılması Prezidentlərin Naxçıvan səfərindən öz töhfəsini alacaq.
Anar Əliyev