Neçə gündür ki, Azərbaycanda 7-dən 77-ə hamı dəyərli və sevimli xanım, millət vəkili Qənirə xanım Paşayevanın sağalması üçün Allaha dualar edir, hamı sanki tikan üstündə otururmuş kimi Qənirə xanımın səhhətindən dərin narahatlıq keçirir.
Çox təəssüf ki, bəzi şəxslərin insanlığa sığmayan nalayiq hərəkətlərinə də rast gəlirik, PR və ucuz reklam xatirinə öz xəbər saytlarının, sosial media bloklarının Qənirə xanımım ölüm xəbəri ilə oxunaqlı olacağını düşünənlər anlamırlar ki, bununla ürək bulandırırlar, özlərinə ikrah yaradırlar.
Qənirə xanım Tanrı adamıdır, ona qarşı bu nankorluq edənlər Tanrı qarşısında cavab verəcək.
İnanın ki, bu gün səngərdə Vətənin keşiyini çəkən əsgər də Qənirə xanımın sağlığından narahatdır, çünki o həm də əsgərlərin. zabitlərin yaxın dostudur, tez-tez hərbi hissələrə baş çəkib, onlarla maraqlanıb, ruh verib, şərəfləndirib.
O, Azərbaycanda hamının adını hörmətlə çəkdiyi Xanım-xatundur.
Ulu öndər Heydər Əliyevin ona olan səmimiyyəti, Ata məhəbbətinə layiq diqqəti hamının yadındadır.
Cənab Prezident İlham Əliyevin Qənirə xanımın ictimai-siyasi fəaliyyətinə yüksək dəyər verməsi, Birinci Vitse-Prezident Mehriban xanın Əliyevanın ona hansı ülvi səmmiyyəti hər kəsə aydındır.
Keçmiş deputat həmkarım kimi Qənirə xanımın Milli Məclisdə qazandığı hörmət və etimadın bir nümunəyə çevrildiyinin şahidiyik.
O, millət vəkili kimi parlamentimizin parlaq Simasıdır.
O, hələ jurnalist kimi çalışdığı gündən xalqın sözünü deyən, dərdini çəkən millətin vəkili hörmətini qazanmışdı.
O, deputat kimi seçildiyi rayonun deyil, bütün bölgələrin vətəndaşlarının problemlərini eşidib, lazımi ünvanlara çatdırıb. Ona görə də, ona bütün Azərbaycan sevir.
Qənirə xanım Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsil fədakarlıq göstərib.
Əsil TÜRK qızıdır Qənirə Paşayeva. Kişi xarakterli, Ər qeyrətli, Mərd bir Xanımdır. Təkcə Azərbaycanın deyil, Türkiyədə minlərlə insanın, Türk dünyasının ürəklərini fəth edib.Türkiyədə ən çox tanınan və sevilən azərbaycanlı millət vəkillərindəndir.
Onun Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət edən fəaliyyəti layiqli qiymətlərini alıb, mükafatlandırılıb, təltif olunub.
O, türkdilli dövlətlərin turk birliyi üçün çox işlər görüb, ona görə də dünyanın hər yerində yaşayan türklər onu çox sevir.
Qənirə xanım bu dünyada Vətən, Dövlət, Xalq qarşısında bir insan kimi artıqlaması ilə borcunu ödəyib. İndi bizim hər birimizin vətəndaş kimi borcumuz onun sağlığına qovuşması, aramıza qayıtması üçün dualarımızı əsirgəməməkdir.
Qənirə xanımın ölkəmizin Dəyəridir, dövlətimiz və xalqımız üçün görəcək çox işləri, missiyası var. Onun hələ qət edəcəyi uzun və işıqlı Yol var.
Hamımız Sənin Yolunu gözləyirik, Qənirə xanım!.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki