Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regionda sülhün bərqərar olmasına və konstruktiv əməkdaşlığa səy göstərir

Azərbaycan regionda sülhün bərqərar olmasına və konstruktiv əməkdaşlığa səy göstərir


"Bir neçə gün əvvəl sentyabrın 29-da Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirildi. Forumun açılış mərasimində çıxış edən dövlət başçısı Prezident İlham Əliyev Şərqi Zəngəzurun Azərbaycanın bütün Qarabağ bölgəsi kimi sıfırdan inşa edilməsi, 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi bu Forumun əhəmiyyəti, keçmiş məcburi köçkünlərin Zəngilanın Ağalı “ağıllı kəndi”nə qayıtması, Zəngilanda aparılan işlər, onun mühüm nəqliyyat qovşağı kimi əhəmiyyəti, Zəngilan Beynəlxalq Hava Limanının inşası, bu ərazinin turizm potensialı, Horadizdən Zəngilana çəkilən dəmir yolunun əhəmiyyəti, burada həyata keçiriləcək pilot yaşayış layihəsi, pilot kənd təsərrüfatı layihəsi, Vətəninə qayıdan insanların işlə təmin edilməsi perspektivi barədə qonaqlara geniş məlumat verdi.
Ölkə başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq. Tezliklə, Azərbaycan yaşıl enerjini ixrac edən ölkə olacaqdır. Şərqi Zəngəzur və Qarabağın 10 min meqavat yaşıl enerji potensialı var. Buraya həm günəş, həm külək, həm də su elektrik stansiyaları aiddir.
Prezident İlham Əliyev çıxışında bəyan etdi ki, növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq".

Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Onun sözlərinə görə, bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb:

"Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.
Ölkə başçısı qeyd etdi ki, Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib. Bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar".

Deputat qeyd edib ki, ikinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Biz 28 il ərzində ədalətin bərpa edilməsini gözlədik. Lakin Ermənistan münaqişəni dondurmaq istəyirdi. Bu səbəbdən də 44 günlük müharibə qaçılmaz idi:

"Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək.
20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. Bundan sonra sülh sazişinin tezliklə imzalanması daha asan olacaq.
Ölkə başçısı qeyd etdi ki, biz bütün sərhədlərimizə nəzarəti bərpa etdik. Artıq “boz” zonalar, qeyri-qanuni strukturlar yoxdur və torpaqlarımızda separatçılığa son qoyulubdur. Azərbaycan konstruktiv yanaşma sərgiləyərək regionda sülhün bərqərar olmasına və konstruktiv əməkdaşlığa səy göstərir".

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş