Dünyanın ən böyük yayım birliyi olan Asiya Sakit Okean Yayım Birliyinin yeni prezidenti seçilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu vəzifəni TRT-nin baş direktoru Mehmet Zahid Sobacı idarə edəcək.
Asiya Sakit Okean Yayım Birliyinə 65 ölkədən 246 yayım təşkilatı daxildir. Asiya Sakit Okean Yayım Birliyi yarandığı gündən etibarən yayımı inkişaf etdirmək, yayım təşkilatları arasında əməkdaşlığı təşviq etmək və birgə layihələr hazırlamaq üçün çalışır.
Mehmet Zahid Sobacı sözügedən təşkilata 3 il rəhbərlik edəcək.
Anar TAGİYEV