Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HƏMAS-ın əsas vəzifəsi İsrail üçün işğala zəmin hazırlamaqdır

HƏMAS-ın əsas vəzifəsi İsrail üçün işğala zəmin hazırlamaqdır


Oktyabrın 7-dən Qəzzada yaranan gərgin vəziyyət, qarşıdurmaya səbəb olan HƏMAS-ın hansı səbəbdən İsrailə raket zərbəsi endirdiyi və Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi qaranlıq olaraq qalır. Müharibənin başlamasına yol açan 7 oktyabr hücumunun arxasında iri güclərin dayandığı barədə də fikirlər səslənməkdədir. Bəs görəsən bununla bağlıl ekspertlər nə düşünür?

Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov cərəyan edən proseslərə nəzər salaraq deyir ki, HƏMAS-ın varlığı ərəb dünyasından başqa digər ölkələrə başda İran və Türkiyə olmaqla bir çoxlarına lazımdır. HƏMAS sünnü və şiələrin birləşdirən yeganə platformadır. HƏMAS bir dini modeldir. Ona görə də onun üzərindən "birləşmə" həyata keçirilir. Təbii ki, HƏMAS Qəzza idarəçiliyindən daha böyük məqsədlər üçün nəzərdə tutulub. Bu da ərəb dünyasına təzyiq planlarının tərkib hissəsidir. Ərəblərin HƏMAS-dan uzaq durmasının, hətta görünüşdə eyni davanı aparan fələstinlilərin FAT qanadının belə onlarla rəqib olması onu deməyə əsas verir ki, HƏMAS hər nə təşkilatdırsa, bircə Fələstinlə, yəni ərəblərlə əlaqəsi yoxdur. HƏMAS beynəlxalq güc mərkəzlərinin proksi qruplaşmasıdır, İŞİD kimi. Təyinatları fərqlidir.
Qətərdə yerləşən HƏMAS-ın siyasi mərkəzinin anqlo-saks evanjelist və müsəlman qardaşları-İhvanın siyasi mərkəzi olan Qətərdə yerləşməsi onu deməyə əsas verir ki, HƏMAS Türkiyə, Amerikanın evanjelist, yəni demokrat qanadı, Böyük Britaniya və İran tərəfindən dəstəklənir. İran Amerikanın demokrat qanadının proyektdir. Ərəb ölkələri sizcə niyə Qətərə hücum etmək istəyirdi? Türkiyə hərbi baza yaratmaqla imkan vermədi. Qətər ABŞ-ın NATO-dan kənar strateji müttəfiqi statusu daşıyır. İhvan-ərəb müsəlman dünyasında ən qədim müxalif hərəkatdır.
Respublikaçılar İranın düşmənidir, çünki İsrail ən çox onlar tərəfindən dəstəklənir. Trampın dövründə İRAN-ABŞ münasibətləri bəlli idi. Q.Süleymaninin öldürülməsi, İranla nüvə danışıqlarının dayandırılması və ABŞ-ın danışıqlardan çəkilməsinə dair qərar, Səudiyyə Ərəbistanı ilə 300milyardlıq silah müqaviləsi. İranın da Yəmən Husililərinin əli ilə cavab xarakterli "ARAMKO" neftayırma zavoduna dron və raket hücümu və s.
HƏMAS-ın əsas vəzifəsi İsrail üçün işğala zəmin hazırlamaqdır. Məsələ ondadır ki, Türkiyə, İran da buna dəstək verib. İsrailin yaradılmasından sonra genişlənməsini göstərən məlum şəkil hamıya bəllidir. Həmin dövrlərdə İran da, Türkiyə də mövcud olublar, amma heç biri buna qarşı real ciddi fəaliyyət göstərib, qarşısını almayıblar, ancaq danışıblar. Türkiyə sadəcə indi R.T.Ərdoğan idarəçiliyinə əks fəaliyyətlər göstərməyə cəhd edir, amma bu, cəhddən o tərəfə getmir, getməsi də mümkün deyil. Çünki güc tarazlığı fərqlidir.

Anar Əliyev
Xəbəri paylaş