Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kanadanın erməni sevgisi türk düşmənçiliyindən irəli gəlir

Kanadanın erməni sevgisi türk düşmənçiliyindən irəli gəlir


"Son vaxtlar regionla yaxından və uzaqdan əlaqəsi olmayan ölkələrin Cənubi Qafqaza soxulmaları cəhdi müşahidə edilməkdədir. Fransanın ardınca indi də Kanada Cənubi Qafqaza burnunu soxmağa başlayıb. Bu günlərdə Kanadanın xarici işlər nazirinin Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər fonunda bunu aydın görmək mümkündür".

Newscenter-az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, regionda nəyin baş verməsindən xəbərdar olmayan kanadalı nazirin Azərbaycanı etnik təmizləmədə ittiham etməsi, Qarabağ ermənilərinin zorla evlərindən çıxarılıb İrəvana qovulduqlarını iddia etməsi siyasi riyakarlıq və erməni yalanlarına şərik çıxmaqdan başqa bir şey deyil:

"Ermənilərin könüllü şəkildə Qarabağı tərk etdikləri bütün dünyanın gözü qarşısında baş verib. BMT-nin missiyası da öz hesabatında qeyd edib ki, Qarabağı tərk edən ermənilərə heç bir təzyiq göstərilməyib. Həmçinin, Qarabağı tərk edib Ermənistana gedən ermənilər də özləri etiraf ediblər ki, heç bir təzyiqlə üzləşməyiblər. Belə olan halda kanadalı nazirin sərsəm iddialarının yalnız bir adı var. O da qeyd etdiyimiz kimi siyasi riyakarlıqdır".

Arzuman Muradlı hesab edir ki, Kanadada türk düşmənçiliyi, türkə nifrət hissi Ermənistanda olduğu qədərdir və Ottavanın Azərbaycana olan qərəzli mövqeyinin arxasında bu amil də dayanır.

Anar Əliyev
Xəbəri paylaş