Qarabağa "Böyük qayıdış" möhtəşəm qələbə qazandığımız müharibədən sonra, dövlətimiz və xalqımız üçün ən vacib həyata keçirdiyimiz prosesdir. Haqq üçün, bu sahədə dövlətimiz tikinti və bərpa işlərini ən son texnologi norma və yenilikləri tətbiq etməklə ildırım surəti ilə həyata keçirir. Köçürülənlərin əmək məşğuliyyəti ilə bağlı müəyyən işlər də görülür.
Ancaq, dövlətimiz və xalqımız qarşıya qoyduğumuz "Böyük qayıdış" planı üzrə quruculuq və bərpa işlərindən başqa, yerli əhalinin məşğuliyəti ilə bağlı müəyyən dəyişiliklərə ehtiyac açıq hiss olunur. Düşünürəm ki, köçürülən ailələrin fərdi kənd təsərrüfatı ilə (quşçuluq, bağçılıq, bostançılıq, maldarlıq və s.) məşğulluğuna imkan yaradılmalıdır.
Əgər, "Böyük qayıdış" proqramı üzrə, köçürülən yerli əhalinin minadan təmizlənmiş ərazilərdən, torpaqlardan əsrlərlə formalaşdırdığı ənənəvi istifadəsi imkanları təmin edilməsə, həmin yerlərimizun, Qarabağımızın "didərgin" düşmüş ruhunu, xüsusi özəlliyini bərpa etmək çox çətin olacaq.
Düzdür, işğaldan azad etdiyimiz və quruculuğuna başladığımız ərazilərimizdə "Torpaq islahatı" ilə bağlı düşüncələri hələlik mümkünsüz hesab edirəm, ancaq yerli əhalinin doğma rayonunda, elində mümkün torpaq sahələrindən inzibati orqanların razılığı ilə istifadəsi sərbəst olmalıdır. Rayon, kənd anlayışına uyğun əhalinin məşğuliyyəti təmin edilməzsə, həm məskunlaşmada ağır gedəcək, həm də büdcəmiz həmin rayonların saxlanması üçün daimi xərclər çəkəcək. Həm də rayon və kəndlərimiz şəhərləşmə (urbanizasiya) sisteminə keçməklə həmin ərazilərimiz özünəməxsus özəlliyini itirəcək.
Vüqar Dadaşov