"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi, siyasi və mənəvi cəhətdən tarixi hadisədir. Təsadüfi deyil ki, Şuşa Türk dünyasının, eyni zamanda İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Doğru buyurursunuz, ilk dəfədir ki, sammitdə, səkkiz dövlət başçısının iştirakı gözlənilir. Ancaq, qeyd etmək lazımdır ki, əvvəllər də Şuşada və işğaldan azad olunmuş ərazilərdə, çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş, bir çox dövlət başçıları, o cümlədən Türk dövlətlərin liderlərinin görüşləri baş tutmuşdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, son illər dünyada və regionda mürəkkəb proseslər gedir:
"Yeni dünya nizamı qurulur. Hər bir dövlətin qarşısında duran əsas məsələ, öz milli təhlükəsizliyini qorumaqdır. Bu baxımdan, siyasi, iqtisadi, etnik-dini, mədəni dəyərləri birləşdirən dövlətlər, blok, təşkilat formatında birləşir, beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirlər.
Türk Dövlətləri Təşkilatının yaradılması, tarixi zərurətdən irəli gəlir və zamanın tələbidir. Prezident İlham Əliyev, fevral ayının 19-da Milli Məclisdə çıxışı zamanı xüsusilə vurğuladı ki,”bizim bir ailəmiz, o da türk dünyasıdır”. Türk Dövlətləri Təşkilatı ildən ilə daha da təkmilləşir. Hər bir sammitdə, rəsmi və yaxud qeyri-rəsmi görüşlərdə, Təşkilatın güclənməsi, nüfuzunun artması istqamətində əhəmiyyətli addımlar atılır. Üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr inkişaf etdirilir. Təhlükəsizlik problemləri həllini tapmır".
Deputat qeyd edib ki, Türk Dünyası, böyük bir coğrafiyanı əhatə edir:
"Geniş təbii resurslara, insan kapitalına, nəqliyyat-logistika imkanlarına malikdir. İqtisadi cəhətdən inkişaf etmiş iki böyük bazarlara çıxış, məhz türk dünyasından keçir. Bu günün reallığı ondan ibarətdir ki, həm Avropanın, həm Asiyanın, həm də Amerikanın Türk dünyasına ehtiyacı var. Onların hər biri Türk dünyası ilə iqtisadi-ticari-logistik əlaqələrin qurulmasında maraqlıdırlar.
Siyasi baxımdan da, Türk Dövlətləri Təşkilatı beynəlxalq faktora çevrilməkdədir. Hesab edirəm ki, yaxın gələcəkdə, TDT-nın Avropa İttifaqı, formatında beynəlxalq təşkilat olacağına şahidlik edəcəyik. Təbii ki, bundan ötrü üzv dövlətlər arasında inteqrasiya prosesləri sürətləndirilməli, tarixi nöqteyi-nəzərdən birləşdirici amillər önə çıxarılmalı, bölücülük elementləri aradan qaldırılmalıdır. Yalnız belə olan halda, kürəsəl, geosiyasi güclərin qarşısında duruş gətirə, inkişaf etmiş təşkilata çevrilə bilərik".
Süleyman